21 ci sualı iz
Cümlələrin birində əvəzlik işlənməyib:
A) Akifin tədbirlə bağlı bəzi planları var.
B) Uşaqlardan biri sabah gələcək.
C) Burada neçə gün qalacağıq?
D) Kim istəsə, onu da aparacam.
E) Qonaqları bura elə özü gətirib.
ƏSAS QAYDA: Qeyri-müəyyən əvəzlik olan “biri” naməlum şəxsi bildirdiyi halda (məsələn: “Biri qapını döydü”), kəmiyyət və say tərkibində digər saylarla əvəz oluna bilən “biri” sözü isimləşmiş müəyyən miqdar sayı hesab olunur.
CAVAB: B) Uşaqlardan biri sabah gələcək.
İMTAHAN QEYDİ: “Biri” sözünün say və ya əvəzlik olduğunu ayırd etmək üçün yerinə başqa say (ikisi, üçü) qoyun. Əgər cümlənin mənası pozulmursa və kəmiyyət bildirirsə, həmin söz saydır; yerinə kimsə qoymaq olursa, əvəzlikdir.